Tramp Hörmüz boğazının adını dəyişdirdi – FOTO

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının öz şərəfinə adlandırıldığı xəritəni paylaşıb.
Polise.az xəbər verir ki, Amerika lideri xəritəni özünün “Truth Social” hesabında yayımlayıb.
Xəritədə Hörmüz boğazı dairəyə alınıb və üzərində “Tramp boğazı” yazılıb. Prezident paylaşımına heç bir şərh əlavə etməyib.
Qeyd edək ki, Tramp sentyabrın 9-da ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyini iddia edərək onun adının dəyişdirilməsini təklif etmişdi.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran atəşkəsə dair anlaşma memorandumu imzalasa da, iyulun 8-də hərbi əməliyyatlar yenidən intensivləşib.
Dünya neft və mayeləşdirilmiş təbii qaz ticarətində mühüm əhəmiyyətə malik Hörmüz boğazı münaqişənin əsas mübahisə mövzularından biridir.
Trampın paylaşımı boğazın rəsmi adının dəyişdirildiyi anlamına gəlmir.
Polise.az



