ABŞ “Tramp marşrutu”nda hərbi qüvvə yerləşdirir? – Mirzoyan açıqladı

“İran Ermənistandan ABŞ-nin “Tramp marşrutu”nda hərbi mövcudluğunun olub-olmayacağı ilə maraqlanıb və mənfi cavab alıb”.

Polise.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İranın “Tramp marşrutu”na münasibətini şərh edərkən deyib.

“Onların belə bir sual verməsi tamamilə normaldır. Buna cavab vermişik. Tehran da bildirir ki, əgər belə deyilsə, çox yaxşı. Onlar da dəmir yolundan istifadə edə biləcəklər”, – Mirzoyan vurğulayıb.

Nazir iddia edib ki, Ermənistanda Tehranın bu layihəyə münasibəti çox vaxt “yanlış və ya şişirdilmiş” şəkildə təqdim olunur.

İranın “üçüncü ölkələrin mövcudluğunun regionda sabitliyi pozacağı” barədə bəyanatlarına gəlincə, Mirzoyan prinsip etibarilə bu məsələdə Tehranla razılaşdığını söyləyib:

“Üçüncü tərəfin hərbi mövcudluğunun digər iki tərəfin həyatını çətinləşdirdiyi hamıya məlum olan bir həqiqətdir”.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button