Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.
Görüşdə, həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri, habelə digər maraq doğuran qarşılıqlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



