Əraqçi “Tramp marşrutu” barədə: Erməni dostlarımıza güvənirik, onlar bizə qarşı heç nə etməzlər

“Biz erməni dostlarımıza güvənirik və Ermənistanın İranın təhlükəsizliyinə qarşı heç bir addım atmayacağını bilirik”.

Polise.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi İrəvanda Tehranın “Tramp marşrutu” və ABŞ-nin regionda mövcudluğu ilə bağlı narahatlıqlarının davam edib-etmədiyi barədə suala cavab verərkən danışıb.

“ABŞ-nin regionda və ətrafımızda istənilən mövcudluğu ilə bağlı narahatlıqlarımız var. Amma bu məsələ ilə bağlı erməni dostlarımızla birbaşa təmasdayıq. Biz onlara etibar edirik, bilirik ki, İranın təhlükəsizliyinə qarşı heç nə etmirlər.

Ermənistan hakimiyyəti ilə məsləhətləşmələrimizi davam etdiririk. Yaxın dostum, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxınlarda Tehranda idi, səmərəli məsləhətləşmələr apardıq. Bu gün isə prezidentimiz Ermənistan baş naziri ilə görüşüb. Bu, iki həftə ərzində ikinci görüşdür. Sıx təmasdayıq”, – Əraqçi qeyd edib.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button