İranın cənubunda güclü partlayış səsləri eşidilib

İranın cənubundakı Hörmüzqan əyalətinin Sirik şəhərində güclü partlayış səsləri eşidilib.
Polise.az xəbər verir ki, bu barədə məlumatı İranın “Fars” informasiya agentliyi yayıb.
Agentliyin məlumatına görə, yerli sakinlər partlayış səslərini Kuhestak rayonu və Sirik şəhərinin bir neçə fərqli hissəsində qeydə alıblar.
Qeyd edək ki, Sirik şəhəri Hörmüz boğazının şərqində Oman körfəzinin sahilində yerləşir.
Polise.az



