“Azərbaycanımız daim inkişaf etsin, üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın!” – XİN

18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür.
Bu, Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.
“Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsinin 35-ci ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, doğma vətənimiz üçün əbədi müstəqillik, davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq.
Qoy müstəqil Azərbaycanımız daim inkişaf etsin, üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın!” – paylaşımda qeyd olunub.
Həmçinin XİN başçısı Ceyhun Bayramov da sosial şəbəkədə paylaşım edərək xalqı Müstəqilliyin Bərpası Günü münaibətilə təbrik edib.
“Bu gün müstəqil Azərbaycan öz zəngin dövlətçilik irsinə söykənərək inamla gələcəyə doğru irəliləyir, beynəlxalq arenada mövqeyini möhkəmləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir”, – C. Bayramov yazıb.



