Mariyana Kuyunciç: Aİ Azərbaycanla yeni saziş üzrə danışıqları davam etdirir

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar davam edir.

Polise.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunciç Aİ və Azərbaycan Biznes Forumunda bildirib.

Səfir qeyd edib ki, tərəflər arasında danışıqların iki mərhələsi – Brüsseldə və Bakıda keçirilən görüşlər konstruktiv olub:

“Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Enerji əməkdaşlığı münasibətlərdə mühüm yer tutur. Bununla yanaşı, tərəfdaşlıq bərpaolunan enerji, külək enerjisi və yaşıl keçid istiqamətlərində də genişlənir”.

M. Kuyunciç əlavə edib ki, Transxəzər Nəqliyyat Dəhlizi Avropa ilə Asiya arasında ticarət, logistika və bağlantı imkanlarının gücləndirilməsi baxımından əhəmiyyətlidir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button