Bakıda 25 il əvvəl 25 yaşlı qızı öldürən şəxs yaxalandı

Bakıda 25 il öncə törədilən qətlin üstü açılıb.
Axar.az-ın əldə etdiyi məlumata görə, polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən olunub.
Qətli törədən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırma aparılır.
Polise.az



