Metronun “20 Sentyabr” stansiyası gələn il istismara veriləcək

“Bakı Metropoliteni” QSC-nin “20 Sentyabr” stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir.

Polise.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə edilməsi departamentinin rəhbəri Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri gedir.

“Burada xüsusi memarlıq həlli tətbiq olunur, materialların ölkə xaricindən gətirilməsi, logistika kimi məsələlər vardı. Bütün bunlar tənzimlənib, işlər qrafikə uyğun davam edir”, – deyə Məmməd Rzayev qeyd edib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button