TRIPP sazişi təsdiq üçün Ermənistan parlamentinə göndəriləcək

Oktyabrın 21-də Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasında təsdiqlənən TRIPP layihəsi ilə bağlı Ermənistan-ABŞ strateji əməkdaşlığı haqqında Çərçivə Sazişinin ratifikasiyasına dair qanun layihəsinin oktyabrın 27-də Milli Məclisin plenar iclasında müzakirəsi başlayacaq.
Polise.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
ABŞ-də sazişin qüvvəyə minməsi üçün zəruri prosedurlar artıq başa çatıb. Ermənistanda da müvafiq prosedurlar tamamlandıqdan sonra TRIPP layihəsi ilə bağlı bu beynəlxalq saziş qüvvəyə minəcək.
Polise.az



