Xameneinin müavini: Yeni müharibə daha genişmiqyaslı, daha ağrılı olacaq

“İran bütün mümkün ssenarilərə hazırdır”.

Polise.az  xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin müavini Rəsul Sənai-Rad yerli mediaya deyib.

“Düşmən hansısa ağılsız addım atarsa, bu dəfə yeni sürprizlərlə qarşılaşacaq və daha güclü, qətiyyətli zərbə alacaq”, – o bildirib.

Sənai-Rad iddia edib ki, İran qarşıdakı müharibədə əvvəlki məhdudiyyətləri nəzərə almayacaq və zərbələrin daha ağrılı və savaşın əvvəlkindən daha genişmiqyaslı olması üçün bütün imkanlarından istifadə edəcək:

“Müharibə yenidən başlayarsa, İran İslam Respublikası düşməni cəzalandırmaq və gələcəkdə yeni avantüralara əl atmasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək”.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button