Azərbaycan XİN İspaniyada baş vermiş qatar qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İspaniyada baş vermiş faciəvi qatar qəzası ilə əlaqədar başsağlığı verib.
Polise.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“İspaniyada baş vermiş faciəvi qatar qəzası bizi dərindən kədərləndirib. Həyatını itirənlərin ailələrinə və yaxınlarına, eləcə də İspaniya Hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Düşüncələrimiz bu faciədən zərər çəkən hər kəslədir. Xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayırıq”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün İspaniyanın Toledo şəhəri yaxınlığında iki sürətli qatarın toqquşması nəticəsində həlak 64 nəfər ölüb, azı 170 nəfər yaralanıb.
Polise.az



