Məktəbdə baş vermiş hadisəylə bağlı cinayət işi başlandı, 3 nəfər məsuliyyətə cəlb olundu – DİN

Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.

Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button