İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var

“Ehtimal etmək olar ki, biz artıq elə indi də bu imkanlara malikik. Əgər ABŞ və İsrail bizi nüvə silahından istifadə etməklə hədələsələr, biz də öz növbəmizdə onlara qarşı belə bir silahla hərəkətə keçəcəyik”.

Polise.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Kamran Qəzənfəri Tehranın nüvə silahı əldə etməsinin mümkünlüyü ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.

“Əgər ABŞ Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveytdəki bazalardan birindən bizə qarşı əməliyyat keçirsə, bizim Avropada və Amerika ərazisində onlara cavab vermək imkanımız var. Biz uzun müddətdir uzaqmənzilli, yaxud başqa sözlə, qitələrarası raketlər istehsal etmişik. Raketlərimiz dünyanın ən ucqar nöqtələrinə qədər zərbə endirmək imkanına malikdir. Avropa isə bizim üçün çox yaxın məsafədədir. Hətta ABŞ-yə qədər çata bilən qitələrarası raketlərimiz də var”, – deputat iddia edib.

Qəzənfəri Avropa ölkələrini raket hücumları ilə hədələyərək sözlərinə belə davam edib:

“Avropa ölkələri bundan sonra nəzərə almalıdırlar ki, Hörmüz boğazının bağlı olması səbəbindən onlara göstərilən iqtisadi təzyiqlərlə yanaşı, öz ərazilərində də hərbi zərbələrimizə məruz qalacaqlar”.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button