Türkiyə PA Şişlidə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

Türkiyə İstanbuldakı Heydər Əliyev parkında büstün götürüləcəyi və ərazidə mədəniyyət mərkəzinin tikiləcəyi barədə yayılan məlumatlar təkzib edib.

Polise.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Şişli bələdiyyəsinin sözügedən ərazi ilə bağlı hər hansı işi və belə bir layihəsi yoxdur.

Mərkəz iki dost və qardaş ölkə arasındakı münasibətləri hədəf alan, ictimaiyyəti yanıltmağa yönəlmiş təxribat xarakterli və dezinformasiya məzmunlu iddialara inanmamağa çağırıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button