Tramp: Sülh əldə olunacaq, amma Ukraynanın sərhədləri dəyişəcək

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunacağına əminliyini ifadə edib.
Polise.az xəbər verir ki, Tramp bu barədə “CBS News” telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, biz buna nail olacağıq. Hesab edirəm ki, bu, baş verəcək və nəticədə Ukraynanın forması bir qədər fərqli olacaq”, – ABŞ lideri deyib.
Tramp bununla Ukraynanın ərazi quruluşunda mümkün dəyişikliklərə işarə etsə də, konkret hansı əraziləri nəzərdə tutduğunu açıqlamayıb.
Polise.az



