“Azərbaycan,Türkiyə və Pakistan”- konfederasiyaya zərurət var
(Xeyirxah həmvətənlər, yanlış düşünmürəm ki?)
Yeni-2021-ci ili də qələbə ovqatında qarşıladıq. Amma vətən uğrunda şəhid olan aslan cüssəli igidlərimizi yanımızda görməyəndə və içimizdən sızıldasaq da təqvim ağrılarımıza məhəl qoymayıb gəldi və ili təzələdi.
Tanrı bir daha millətimizi müharibə ilə imtahana çəkməsin! Düşmənlərimizin bəlasını Özü versin! Amin!
Düşmən tərəf məğlubiyyəti ilə heç vaxt barışmayacaq və barışmır. Havadarları silahlanmaya böyük məbləğlər ayırır, qisas almağa fürsət axtarırlar və buna artıq hazırlıqlar da gedir. Bu fürsətə imkan vermək olmaz. Düşmənlərimiz çox gözəl anlayırlar ki, Azərbaycana vurduqları xüsusilə külli miqdarda maddi və mənəvi ziyanın ödənilməsinə görə beynəlxalq məhkəmələrdə cavab verəcək. Bizə qarşı məqsədli şəkildə təşkil olunan soyqırım cinayətlərinə görə də iştirakçılar və təhrikçilər əlahiddə beynəlxalq hərbi tribunalda yazıq görkəmdə durub cavab verəcəklər. Elan olunan ittihamı rədd etməyə prosesual əsaslar və imkanlar olmayacaq! Onlar və havadarları bunu yaxşı anlayırlar…
Adi bir vətəndaş və müharibə veteranı kimi çox istərdim ki, Azərbaycan Konfederasiya formasında Türkiyə və Pakistanla hərbi, iqtisadi, siyasi və umumi rifah naminə, habelə digər məqsədlərə nail olmaq üçün konfederasiyada olsunlar. Situasiya birliyimizi, belə bir ittifaqı son dərəcədə zəruri sayır.
Konfederasiya-latın sözü olub “konfederasio”-birlik mənasını verir. Konfederasiyanın hüquqi statusu beynəlxalq hüquqla müəyyən olunur. Beynəlxalq normalar da müəyyən müddət ərzində, müəyyən məqsədlərə çatmaq üçün birləşməyimizə mane olmur. Qəbul olunan qərarlar birliyə daxil olan ölkələr tərəfindən təsdiq edildikdən sonra məcburi xarakter daşıyacaq.
Elmdə Konfederasiya modeli 1780-ci illərdə ABŞ nümunəsi üzərində işlənilib(qurulub). İsveçrə XIX əsrin ortalarına qədər və Almaniya İttifaqı da (1815-1866-cı illərdə) konfederasiyadan federasiyaya keçiblər. Beləliklə konfederasiya dövlət quruluşunun daha sıx keçid formasıdır-qənaətinə gəlinir. Süqut edən SSRİ –nin keçmiş ərazilərində yaranan MDB-nin federasiyadan konfederasiyaya keçməsini də misal göstərə bilərik.
Tarixdə belə hallar çox olub. Təkrar qeyd etmək istəyirəm ki, İsveçrə 1848-ci ilə qədər Konfederasiya formasında olub. Sonra federasiya olaraq formalaşıb. ABŞ da zamanında Konfederasiya dövləti idi. Almaniya da 1870-ci ilə qədər konfederasiya vəziyyətində olub.
Yuqoslaviyada millətçilik məsələsinə həmişə sərt yanaşılıb. İosip Broz Tito hakimiyyətə gəldikdən sonra beynəlmiləlçilik siyasəti vahid ideya formasında inkişaf etməyə başlayıb, vahid serboxarvat dili qətiləşib. Bu proses Broz Titonun ölümündən sonra dayandırılıb. Lakin, hərbi münaqişələrin bir daha təkrarlanmaması məqsədilə Yuqoslaviya vahid Respublika İttifaqı, Serbiya və Çernoqoriya Dövlət İttifaqı Konfederasiyasına çevrilib. Amma çox təəssüf ki, bu da ölkənin parçalanmasının qarşısını ala bilməyib. 2006-cı ildə Çernoqoriya əhalisi təyin olunmuş referendumda öz dövlətinin ittifaqdan çıxmasına səs verib, məqsədlərinə nail olduqdan sonra müstəqil ölkələrə çevriliblər.
Böyük Avropa xalqlarının konfederasiyada birləşmək ideyasını zamanında I Napoleon irəli sürmüşdü. O,ümumi idarəçilikdə “Böyük Avropa ailəsi” haqqında fikirlərini bölüşmüşdü.
Avropa ittifaqı müasir konfederasiyanın nümunəsidir-deyərdim. Başlanğıcda Avroittifaq iqtisadi ittifaq olaraq planlaşdırılmışdı. Zaman ötdükcə ittifaq müxtəlif sferalarda əhəmiyyətli dərəcədə möhkəmləndi. Hazırda bu, “yumşaq”, qeyri rəsmi konfederasiya özündə 28 Avropa dövlətlərini-monarxiyalar və respublikaları birləşdirir. Avroittifaqın parlamenti və özünün ümumi valyutası-avrosu var.
Hüquq nəzəriyyəsinə görə Konfederasiya dövlət quruluşunun nadir forması olsa da müəyyən məqsədlərə çatmaq üçün şanslı birlikdir.
Başqa bir misal: 1996-cı ildə Rusiya və Belorusiya prezidentləri arasında Rusiya və Belorusiya Birliyi haqqında bir saziş imzalandı. Bəzən bunu Belarusiya Rusiya İttifaqı da adlandırırlar. Bunu Konfederasiyanın yaradılmasına cəhd kimi də anlamaq olar. (əvvəlcə “yumşaq”, sonra tam birlik) Tədricən bu ittifaq mərhələli şəkildə vahid siyasi, iqtisadi, hərbi, mədəni və valyuta sahələrində konfederasiyanı gerçəkləşdirəcək.
Postsovet məkanında İqtisadi inteqrasiyanın yaxşılaşdırılmış forması kimi 2000-ci ildə yaranmış Avroasiya beynəlxalq ittifaqını da göstərmək olar. Tərkibinə 5 suveren dövlətlər- Belarusiya,Qazaxıstan,Qırğızıstan,Rusiya və Ermənistan daxil idi…
Konfederasiyanın xarakterik cəhəti ondan ibarətdir ki, bu birliyin tərkibindəki dövlətlər suveren dövlət olaraq siyasi hakimiyyətini tam saxlayırlar;
Konfederasiyada vahid vətəndaşlıq olmur;
Konfederasiyanın xüsusi ərazisi və dövlət sərhədi, vahid vergi sistemi yoxdur;
Ümumi qanunvericilik və idarəçilik sistemi də olmur. Konfederasiya səviyyəsində yalnız Ali Koordinasiya orqanı fəaliyyət göstərir;
Üzv ölkələr özlərinin hakimiyyət orqanları sistemini, ordunu və polisini saxlayırlar.
Qeyd etdiklərimi diqqətinizə çatdırmaqla bildirmək istəyirəm ki, ermənilər havadarlarının dəstəyi ilə qisas almağa çalışacaqlar. Düşmən erməni də olsa onu zəif sanmaq ən azı sadəlövhlükdür. Ehtiyatımızı əldən verməməliyik. Belə mənfur düşmənlə gələcəkdə qonşu olub, bir məhəllədə, bir rayonda və bir şəhərdə yaşamaq da çox təhlükəlidir. Ermənilər və erməni diasporu həm regionda, həm də bizim üçün və daha çox beynəlxalq aləmdə sülh üçün təhlükə mənbəyi, söndürülməmiş ocaqdır. O hər an alovlana bilər.
Ona görə də gözləniləcək təhlükələrin qarşısını almaq və müəyyən məqsədlərə nail olmaq üçün Azərbaycanla Türkiyə və Pakistan arasında müəyyən müddətə bu birliyin yaradılmasına zərurət var. Necə baxırsınız, yanlış düşünmürəm ki,?
Şəmsəddin Əliyev
Polise.az media xəbər saytının şef redaktoru