Moskva müharibə zamanı Yerevana 1 milyard dollarlıq silah verib – Erməni KİV-i

Bu gün Moskvaya səfər edən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcək.

Ermənistan KİV-nə istinadən xəbər verilir ki, səfər zamanı Paşinyanın Moskvadan 1 milyard 150 min dollar məbləğində kredit götürməsi gözlənilir.

“Rusiya 44 günlük müharibə zamanı Ermənistana məhz bu məbləğdə silah satmışdı. Rəhbərlik yardımın qarşılıqsız olması barədə xahiş belə etməyib”- deyə hökumətdəki mənbə açıqlama verib.  

Modern.az-ın yazdığına görə, beləliklə, Ermənistanın xarici borcu daha 1 milyard dollar məbləğində artmış olacaq.

Hamısını Göstər

Related Articles

Back to top button