Azərbaycanda toyların keçirilməsinə bu şərtlə icazə vermək olar – Açıqlama

Nazim Bəydəmirli: “Toy və nişan mərasimlərinə qadağa qoymaq yox, sosial məsafəni, sanitar qaydaları tənzimləməşərti ilə icazə vermək olar”

Dünən restoranlardan birində karantin qaydalarının pozularaq toy məclisinin keçirilməsi, bu mövzunu yenidən gündəmə gətirdi. Artıq 1 ildən çoxdur ki, koronavirus pandemiyası səbəbindən ölkədə toyların keçirilməsinin qadağan edilməsi vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Mütəxəssislər isə müəyyən qaydalara əməl etməklə, toylara icazə verilməsinin mümkünlüyünü ifadə edirlər.

Mövzu ilə bağlı fikirlərini konkret.az-la bölüşən iqtisadçı Nazim Bəydəmirli deyir ki, toy və nişan mərasimlərinə qadağa qoymaq yox, sosial məsafəni, sanitar qaydaları tənzimləmək şərti ilə icazə vermək olar:” Məsələn insanlar 500 nəfər əvəzinə, 200 qonaq çağıra, yaxud 300 əvəzinə 150 adam dəvət edə bilər. Zalların böyüklüyünə görə say məhdudiyyəti qoyulması məntiqli olardı. Beləliklə, həm də 100 nəfərlik məclislərin sayı daha çox olar, problem kökündən həll edilərdi. Polisin reydlərinə, cərimələməyə də ehtiyac qalmazdı”.

Bəydəmirlinin sözlərinə görə, sosial şəbəkələrdə, avtobus və dayanacaqlarda, bankların qarşısında daha ciddi sıxlığın olduğunu sübut edən yüzlərlə şəkil və video var: “Həmin yerlərdə epidemiyanın yayılma ehtimalı daha çoxdur, nəinki şadlıq evlərinin geniş zallarında”.

Hamısını Göstər

Related Articles

Back to top button