“Məmurların ailə biznesinə və səyahətlərinə xərclədiyi xarici borcları gələcəkdə”…

“2021-ci il dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərcləri ilə bağlı 2 milyard 31 milyon 700 min manat vəsait ayrılıb”.

Bu barədə tanınmış iqtisadçı alim Qubad İbadoğlu məlumat paylaşıb. İqtisadçı bildirib ki, bu rəqəm əvvəlki illə müqayisəsə 21,6 faiz çoxdur və bütövlükdə büdcə xərclərinin 7,7 faizi qədərdir: “Bu məbləği əslində icraçılar- “Azərsu” ASC, “Azərenerji”, “AZAL”, “Azərbaycan dəmir yolları”, “Meliorasiya və su təsərrüfatı”, “Azərbaycan avtomobil yollar;” və başqaları qaytarmalıdır”.

Qubad İbadoğlunun sözlərinə görə, hazırda 1 milyon 160 min nəfər pensiyaçının təqaüdlərinin 11,4 faiz indeksləşdirilməsinə yönələn məbləğ 441 milyon manatdır ki, bu da dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərclərindən 5 dəfəyədək azdır: “Halbuki, həmin məbləğin hesabına pensiyaları ən azı 50 faiz artırmaq olardı. Görünür bəzi dövlət məmurlarının villaya, qızıla, brilianta, ailə biznesinə və səyahətlərinə xərclərdiyi, xarici banklarda depozitə qoyduğu xarici borcları gələcəkdə övladlarımız onların əvəzindən qaytaracaq”.

Hamısını Göstər

Related Articles

Back to top button