Türkiyə S-400-lə bağlı güzəştə hazırdır: bir şərtlə…
Türkiyə S-400 havadan müdafiə sistemləri ilə bağlı ABŞ-a güzəştə getməyə hazırdır.
Bu iddia ilə “Blumberq” agentliyi çıxış edib.
Agentlik qeyd edib ki, türkiyəli iki səlahiyyətli şəxs ölkəsinin güzəştə getməyə hazır olduğunu, ancaq bunun qarşılığında Qərbin YPG/PKK-ya dəstəyə son verməli olduğunu vurğulayıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400-lə bağlı son açıqlamasında Rusiyadan sistemlərin alınmasının ilk mərhələsinin tamamlandığını, ikinci mərhələ üçün danışıqlar aparıldığını bildirmiş və Putin ilə bu ayın sonunda görüşəcəyini, bir çox məsələləri gündəmə gətirəcəyini bəyan etmişdi.