Siyəzəndə COVID-19 bağlı reyd keçilib

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejim qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə profilaktik-maarifləndirmə tədbirlərini davam etdirirlər.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan polise.az-a verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında xidmət apararaq, sosial məsafənin gözlənilməsinə nəzarət edirlər. Həmçini naçıq havada, eləcə də qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə bağlı reydlər keçirir, onlara COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyini bildirirlər.

Bundan əlavə RPŞ-nin DYP bölməsinin inspektorlar ısərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, onlara marşrut avtobuslarında və taksilərdə tibbi maskadan istifadə edilməsinin vacibliyi barədə məlumatlar verirlər.

Hamısını Göstər

Related Articles

Back to top button