Azərbaycanlı hərbçilər Türkiyədə komando kursunu uğurla başa vurub
Azərbaycan ordusunun hərbçiləri Türkiyənin İsparta şəhərində komanda kursunu müvəffəqiyyətlə başa vurub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.
“Azərbaycan Ordusunun qəhrəman əsgərləri İspartada yerləşən Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığı ilə Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzi Komandanlığındakı altı həftəlik kursu uğurla başa vurub. Qardaşlarımız üçün kursun bağlanış mərasimi keçirilib”, -deyə qurumdan bildirilib.



