Mövlud Çavuşoğlu Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşüb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Milli Məclisinin Xarici Siyasət və Parlamentlərarası Əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə nazir özünün “Twitter” səhifəsində paylaşım edib.
O, bildirib ki, Şuşa bəyannaməsilə ölkələrimiz arasındakı qardaşlıq bağları hər sahədə daha da güclənir.
Görüşə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Akif Çağatay da qatılıb.