Zaxarova erməniləri ələ saldı: “Tənqidə” şillə kimi cavab

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sosial şəbəkə hesabında erməniləri ələ salıb.

Belə ki, M.Zaxarova “Facebook” hesabında Ukrayna Konstitusiya Məhkəməsinin “Ukrayna dilinin dövlət dili kimi istifadəsini təmin etmək haqqında” qanunu ölkə konstitusiyasına uyğun hesab etməsi barədə məlumata münasibət bildirib.

Bu paylaşıma isə Armine Xarazyan adlı erməni sosial şəbəkə istifadəçisi “tənqid” xarakterli şərh yazıb:

“Bu sizi niyə belə narahat edir? Bəs bu Almaniya və ya Fransa olsaydı… Niyə digər suveren ölkə üçün narahat olursunuz? Burnunuz niyə belə uzundur? Və o, həmişə lazım olmayan yerdədir”.

Erməni istifadəçinin bu şərhinə isə Rusiya XİN-in rəsmi nümayəndəsi olduqca məharətlə cavab verib və istifadəçini lağa qoyaraq əslində ona yerini göstərib:

“Niyə bizi nəyinsə narahat etməsi, sizi bu qədər narahat edir?”.

Hamısını Göstər

Related Articles

Back to top button