Bakıda beşmərtəbəli binada yanğın: Sakinlər təxliyə edilib
Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən beşmərtəbəli yataqxana binasının ümumi sahəsi 22 kvadratmetr olan birotaqlı mənzilin yanar konstruksiyaları və digər ümumi sahəsi 22 kvadratmetr olan birotaqlı mənzilin eyvanının taxta konstruksiyaları 1 kvadratmetr sahədə yanıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Xəsarət alan olmayıb.



