Saatlı sakinindən “patı” aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 34 yaşlı Rəşad Rzayev saxlanılıb.   

Onun üzərinə  keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button