Türkiyədə nəzarətə götürülən yanğınların sayı açıqlandı
Türkiyədə son dörd gündə baş verən 112 yanğından 107-si nəzarətə götürülüb.
Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli “Twitter” hesabında bildirib.
O qeyd edib ki, davam edən beş yanğının nəzarətə götürülməsi istiqamətində fasiləsiz işlər davam edir.



