Gədəbəydə yabanı halda bitən çətənə kolları məhv edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gədəbəy rayonu Dəyə-Qarabulaq kəndinin yaylaq ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 932 kiloqram olan, 1432 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Hamısını Göstər

Related Articles

Back to top button