Qəbələdə narkotacir saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi  və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş Firdovsi Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb.  Nəqliyyat vasitəsinə baxış keçirilərkən  22 ədəd kağız bükümdə satış məqsədilə daşıdığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button