Zaqatalada COVID pasportu olmayan 100-ə yaxın qonağın şadlıq saraylarına girişinə icazə verilməyib

Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən toy mərasimlərinin təşkil edildiyi  şadlıq saraylarında monitorq keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, monitorinq zamanı şadlıq saraylarının sahibi və icarədarları ilə profilaktik söhbətlər aparılıb, mövcud rejimin qayda və tələbləri onların diqqətinə çatdırılıb. Həmçinin, polis əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı toy mərasimlərinə dəvət edilən qonaqlar içərisində ümumilikdə 100-ə yaxınının COVID pasportu olmadığı aşkarlanıb. Onların saraylara girişinə icazə verilməyib və pandemiya dövrünün tələbləri həmin şəxslərə izah olunub.

Hamısını Göstər

Related Articles

Back to top button