“Haber Global”: Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına əsl vəzifələrini xatırladıb

Azərbaycan torpaqlarında müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının təhdidedici fəaliyyətinə dair Bakıdan xəbərdarlıq edilib. Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına əsl vəzifələrini xatırladıb.

Bu barədə “Haber Global”ın hazırladığı süjetdə bildirilib.

Qeyd olunub ki, erməni qüvvələrinin Qarabağda yerləşdirilməsinə son verilməyəcəyi təqdirdə rəsmi Bakı tərəfindən bütün lazımi tədbirlər görüləcək.

Videomaterialda, həmçinin Ermənistan tərəfindən hər gün atəşkəsin pozulması və müxtəlif provakasiyalara əl atılması vurğulanıb.

Daha ətraflı “Haber Global”ın süjetində:

Hamısını Göstər

Related Articles

Back to top button