Zaqatalada karantin qaydalarını pozan toy təşkilatçısı cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayonun Bəhmətli kəndində Tərlan Cumayevə məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub. Aşkarlanan qayda pozuntuları ilə bağlı T.Cumayev inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

Hamısını Göstər

Related Articles

Back to top button