BMT-dən xəbərdarlıq: Əfqanıstanda vəziyyət nəzarətdən çıxır
BMT-nin Baş katibi Antoniu Quterreş son günlərdə Əfqanıstanda baş verən hadisələrlə bağlı bəyanat verib.
Təşkilat rəhbəri ölkədə vəziyyətin nəzarətdən çıxdığını bildirib.
O, qeyd edib ki, əgər “Taliban” hakimiyyəti hərbi yolla ələ keçirərsə, bu ya ölkədə vətəndaş müharibəsinə, ya da Əfqanıstanın beynəlxalq aləmdə təcrid olunmasına gətirib çıxaracaq.