Erməni katolikosundan şok çağırış: “Ermənistan üçtərəfli Bəyannamədən imtina etməlidir”

Katolikos Birinci Aram Ermənistanı Putinə yox deməyə və üçtərəfli bəyanata məhəl qoymamağa çağırır.

Erməni KİV-ə istinadən xəbər verilir ki, onun bu açıqlaması ölkədə heç də gözlənilməz olmayıb.

Çünki “Böyük Kilikiya Evi”nin kilsə mafiyası erməni cəmiyyətini qurban vermək üçün əlindən gələn hər şeyi edir. Hətta bilə-bilə ki, üçtərəfli razılaşmadan imtina erməni xalqının intiharı deməkdir, kilsə bu cür çağırışlardan ehtiyat etmir.

Erməni kilsəsinin təfəkkürünə görə, ərazilərin itirilməsinin əsas günahkarı Ermənistan deyil, bu prosesin möhkəmlənməsinə kömək edən Putindir.

Beləliklə, erməni din adamlarının, bütövlükdə kilsənin erməni xalqını daim qırğın və müharibəyə sürüklədiyi açıq-aşkar görünür.

Hamısını Göstər

Related Articles

Back to top button