Türkiyədə daşqın qurbanlarının sayı 40-ı keçdi
Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində azı 44 nəfər ölüb.
Bu barədə şənbə günü hökumətin fövqəladə hallar idarəsi məlumat yayıb.
“Sel Kastamonuda 36, Sinopda 7, Bartında bir nəfərin həyatına son qoyub”, – deyə nazirlikdən verilən açıqlamada bildirilib.