Əfqanıstanda hakimiyyətin “Taliban”a təhvil verilməsi prosesi gedir
Əfqanıstanda hakimiyyətin “Taliban”a təhvil verilməsi prosesi davam edir.
Bu barədə xarici KİV məlumat verir.
Hazırda radikal hərəkat Kabil hava limanı xaric bütün ölkəyə nəzarət edir.
Paytaxt aeroportu isə NATO-nun nəzarəti altındadır. Hava limanından bütün uçuşların dayandırıldığı bildirlib.
Bu arada, Əfqanıstan prezidenti Əşrəf Qaninin ölkəni tərk edərək, Tacikistana deyil, Omana getdiyi iddia edilib.