Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 4000-i keçdi: Çox sayda ölən var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 20 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib, aktiv xəstə sayı 30 954 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 740, ötən müddət ərzində isə ümumilikdə 4 252 882 test aparılıb.

Hamısını Göstər

Related Articles

Back to top button