Bərdədə qardaş bacısının başını kəsib
Bərdə rayonunda qətl hadisə baş verib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə rayonun Uğurbəyli kəndində baş verib.
Fəqan Cabbarov bu gün öz həyətlərində bacısı Nərminin başını kəsib.
Hadisənin namus üstə baş verdiyi bildirilir. Qadın bir müddət əvvəl ərindən ayrılıb.
Onun iki övladı var.



