ABŞ “Taliban”la əməkdaşlığı genişləndirəcək?

ABŞ hökuməti İŞİD terror qrupuna qarşı kəşfiyyat sahəsində “Taliban”la əməkdaşlığı genişləndirə bilər.

Bunu Böyük Britaniyanın Suriyadakı keçmiş səfiri Piter Ford açıqlayıb.

1999-2003-cü illərdə Britaniyanın Bəhreyndəki səfiri, 2003-2006-cı illərdə Britaniyanın Suriyadakı səfiri olan Ford bildirib ki, bu, ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğu bitəndən sonra baş verə bilər:

“31 avqustdan sonra ABŞ kəşfiyyatı ilə “Taliban” arasında İŞİD-ə qarşı mübarizədə gizli formada əməkdaşlığın güclənəcəyini gözləyirəm”.

Keçmiş səfirin sözlərinə görə, bu cür əməkdaşlıq 2019-cu ildə ABŞ ordusunun Suriyada İŞİD lideri Əbu Bəkr əl-Bağdadini öldürməsinə bənzər “əməliyyata səbəb ola bilər”.

Mənbə: “RİA Novosti”

Hamısını Göstər

Related Articles

Back to top button