Sabirabad rayon sakini karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib

Sabirabad rayon sakini İsa Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunsa da, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyənləşdirilib və dərhal yaşadığı ünvana qaytarılması təmin edilib.

İ.Zülfüqarov barəsində Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button