Azərbaycanla sərhəddən 18 erməni kəndi köçür

Azərbaycanla sərhəddə erməni kəndlərinin vəziyyətinin acınacaqlı olması ilə bağlı daha bir narazılıq yayılıb.

Zod yatağının yerləşdiyi Şişqaya kəndinin (ermənilər “Geqamasar” adına dəyişdirib – red.) başçısı Akop Avetyan erməni mediasına açıqlamasında hakimiyyətin sanki sərhəd kəndlərin əhalisi unutduğunu bildirib.

Kənd sakini deyib ki, kəndləri Basarkeçər bələdiyyəsinə birləşdirmək istəyirlər:

“Bizim bələdiyyədə 18 kənd birləşib. Ancaq indi deyirlər ki, bu, azdır və bizi Basarkeçər (Vardanes) şəhər bələdiyyəsinə birləşdirmək istəyirlər”.

O iddia edib ki, bələdiyyəyə diqqət və qayğı yoxdur, kəndlilər taleyin öhdəsinə buraxılıb. Kəndlilər də buna görə köçüb gedəcəklər.

Hamısını Göstər

Related Articles

Back to top button