Nazir bütün müşavirlərini vəzifədən azad etdi

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bütün müşavirlərini vəzifədən azad edib.

Nazirin müvafiq əmri ilə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Xəlil Ramazanov yaşa görə pensiyaya göndərilib.

Nazirin digər müşaviri Natiq Əhməd oğlu Şirinzadə başqa dövlət qurumuna təyinat aldığı üçün işdən azad olunub.

Muxtar Babayev ötən il Xaliqverdi Hüseynovu özünə müşavir təyin etsə də, artıq o, bu vəzifəsindən azad edilərək Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdir əvəzi təyin edilib.

Hamısını Göstər

Related Articles

Back to top button