Qarabağ ermənilərindən SOS siqnalı – “Rus sülhməramlıları erməni qızlarını hamilə qoyur”

Sosial şəbəkələrin erməni seqmentində Xankəndidəki son vəziyyət müzakirə predmeti olub.
Xankəndidəki xoşagəlməz hallar barədə yazılan şərhlərdə deyilir ki, “Bizim qızlarımız necə evlənəcəklərini bilmirlər. Qızlarımızı rus sülhməramlıları korlayırlar, onlardan nə qədər qız hamilə qalıb. Sülhməramlıların pulu var, pulluların qarşısında ermənilər acizdirlər”.

Ermənilər sosial şəbəkədə erməni qızlarının Rusiya sülhməramlı əsgərlərindən hamilə qalması, sonuncuların isə onlara sahib çıxmaması barədə bir təlaş yaşayırlar, bunu faktlarla təsdiqləyir və öz dövlətlərindən bu duruma nəzarət etməsini tələb edirlər.
Hikmət Hacıyevin sülhməramlı açıqlaması da gündəmin əsas mövzusudur. Prezidentin köməkçisi H.Hacıyev deyib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə “müəyyən müzakirələr hələ davam edir. O, Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli Üçtərəfli bəyanatına əsasən həyata keçirildiyini qeyd edib.

Hacıyevin sözlərinə görə, 10 noyabr Üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün “siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni” müəyyən edib.
“Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir”.
H.Hacıyevin “…müəyyən müzakirələr hələ davam edir” fikri nədən xəbər verir?
Rusiya sülhməramlılarının legitimlik problemi var, belə çıxır. Müzakirələrin aparılması sülhməramlıların qalması, yoxsa vaxtından əvvəl getməsi üçündür? İki fikir var sülhməramlılarla bağlı: 1-cilər deyir, Rusiya tezliklə və asanlıqla sülhməramlı kontingenti Qarabağdan çıxarmaz. İkincilər isə iddia edir ki, Rusiya sülhməramlıları vaxtın əvvəl çıxacaq Qarabağdan. Yaxud, ən pis halda 5 ildən sonra çıxıb gedəcəklər. Bəs Hacıyeviun dediyi “müzakirə” bu ikisindən hansının xeyirinədir?
H.Hacıyev “…10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər”, fikrini xüsusi olaraq vurğulayıb. “Müvəqqəti olaraq”. Yəni prezidentin köməkçisi qeyd edib ki, sülhməramlılar müvəqqətidir, qalmayacaqlar, gedəcəklər.
Hakimiyyət Qarabağ məsələsinin həll edildiyini, ərazi bütövlüyünün təmin olunduğu deyir. Radikal müxalifət adlandırılan siyasi düşərgə isə israrla iddia edir ki, yox, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyib, əksinə, vəziyyət ziyanımızadır. Əslində vəziyyət necədir? Reallıq bu iki fikrin sintezindənmi ibarətdir? Böyük bir ərazi işğaldan azad edilib, Azərbaycan 30 ildən sonra torpaqlarını geri qaytarıb. Amma iş yarımçıq qalıb; Xankəndi, Xocalı və s. ərazilər hələ də ermənilərin nəzarətindədir. Hakimiyyətin opponentləri bunu vaxtaşırı əsas arqument və fakt kimi qabardır. Bəs Qarabağda nə zaman Azərbaycan öz nəzarətini tam təmin edə biləcək?

Hamısını Göstər

Related Articles

Back to top button