Qəbələdə evdən oğurluq edən şəxs saxlanılıb
Qəbələ Rayon Polis Şöbəsinə müraciət edən Vəndam qəsəbə sakini Babacan Nəzirov ona məxsus evdən televizor, 412 manat pul və bank kartının oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərdən biri, əvvəllər məhkum olunmuş Ucar rayon sakini Abduləhəd Behbudov şübhəli şəxs qismində saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən edilib.
Saxlanılan A.Behbudov ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, əldə etdikləri pulu öz aralarında bölüşdürdüklərini və əyləncələrinə xərclədiklərini bildirib.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.