Pəncşirdəki müqavimətçilər Türkiyəyə müraciət etdilər
Əfqanıstanın Pəncşir vilayətindəki “Taliban” əleyhinə müqavimət hərəkatının nümayəndələri Türkiyəyə müraciət ünvanlayıb.
Müvafiq bəyanat onlara məxsus sosial şəbəkə səhifələrindən birində dərc olunub.
Bəyanatda bildirilib ki, Əfqanıstanda qadınlar ölümlə üz-üzədir və əgər Türkiyə “Taliban” hökumətini tanısa, yaxıd dəstəkləsə, bu cinayətlərin ortağına çevriləcək.
Müqavimətçilər Türkiyəni nə qədər ki gec deyil, bunun qarşısını almağa çağırıblar.