Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları pandemiyaya qarşı birgə nəzarət tədbirləri keçirir
Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Masallı rayonu ərazisində gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarlarından irəli gələn tələblərə riayət edilməsinə nəzarət və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən COVID-19 virusunun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə birgə tədbirlər təşkil olunub. Tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı vətəndaşlara tövsiyələr verilib.
Bir daha qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.