Salyan sakinlərindən “patı” və marixuana aşkarlandı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Elşən Quliyev və Nahid Qurbanov saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı “patı” kimi tanınan psixotrop maddə metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button