İngiltərə Türkiyəni “qırmızı siyahı”dan çıxarır
İngiltərə Türkiyəni “qırmızı siyahı” adlandırılan “səyahətin tövsiyə edilmədiyi ölkələr” sırasından çıxarır.
Müvafiq qərar oktyabrın 4-dən etibarən qüvvəyə minəcək.
Məhz bundan sonra Türkiyədən krallıq ərazisinə gələnlər üçün karantin müddəti tətbiq olunmayacaq.
Qeyd edək ki, hazırda qardaş ölkədən Britaniyaya səfər edənlər 10 gün ərzində hotel otağında özünü təcrid etməlidir.