Azərbaycana göndərilən Türkiyə hərbçiləri “Ümid” körpüsündə qarşılandı

Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda keçiriləcək “Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək hərbi qulluqçuları Azərbaycana gəlib.

Bu barədə Türkiyə Müdafiə Nazrliyinin sosial şəbəkə səhifəsindən paylaşım edilib.

Paylaşımda qardaş ölkə hərbçilərinin Türkiyə ordusunun 1-ci mexaniki piyada briqada komandanlığından yola salındığı qeyd edilib.

Həmçinin, onların Azərbaycan hərbçiləri tərəfindən Araz çayı üzərindəki “Ümid” körpüsündə qarşılandığı bildirilib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button